"Real"ın və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronalduya Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) versiyası üzrə 2016-cı ilin ən yaxşı bombardiri mükafatı təqdim olunub.
Qollar hesablanarkən yığma və klubda yalnız beynəlxalq səviyyədə vurulan toplar nəzərə alınıb. 32 yaşlı forvard 2016-cı ildə 24 qol vurub (13 qol Portuqaliya millisində, 11 qol "Real"ın heyətində). Ronaldu rekord sayda - üçüncü dəfə bu mükafatın sahibi olub. O, bundan əvvəl 2013 və 2014-cü illərdə qalib gəlib.(goal.az)