Bu sezon La Liqada “Real Madrid” forması ilə sadəcə 1 qol vuran və ən pis sezon başlanğıcı edən portuqaliyalı ulduz Kriştiano Ronaldo son oynadığı “Las Palmas”la oyunda da fərqlənə bilməyib.
Bu nəticə ilə Ronaldo Avropanın 5 ən böyük liqasında 2,08% göstərici ilə ən pis futbolçu seçilib.
Məlumatlara görə, Ronaldonun qapıya vurduğu 48 zərbədən yalnız 1-i qola çevrilib.