Fransalı çalışdırıcı Kriştianu Ronaldu və Lionel Messi haqda müsbət fikirlər səsləndirərkən Neymarı da unutmayıb:
"Messi və Ronaldu? Onlar dünyanın ən yaxşı 2 futbolçusudur. Hərəsinin öz tərzi var. Onların etdikləri istisnadır.
Komandalarına təkbaşına qələbə qazandıra bilirlər. Messi və Ronaldu haqda detallı şəkildə danışmaq üçün çox vaxta ehtiyac var. Hər ikisi dahi futbolçudu. Amma üçüncü belə oyunçu da var. O isə Neymardır".
Qeyd edək ki, Zinəddin Zidan 2016-cı ildən "Real"ın baş məşqçisidir. (goal.az)