İspaniyanın “France Football” dərgisinin üz qabığında “Qızıl Top” mükafatının fotosu ilə birlikdə “barselonalı" Lionel Messinin görüntüsü verilib.
Bunu görən Madridin “Real” klubunun ulduzu Kriştiano Ronaldo L.Messiyə zəng edərək “Qzıl Top” mükafatını onun qazandığını deyib.
Messi də bunun qarşılığında Ronaldonu təbrik edib.
Daha sonra üz qabığının saxta olduğu ortaya çıxıb. Dərgi isə məsələ ilə bağlı hələ ki, heç bir açıqlama verməyib.
Qeyd edək ki, bu günə qədər Lionel Messi 5, Kriştiano Ronaldo isə 4 dəfə “Qızıl Top” mükafatına layiq görülüb.
Mükafatın bu ilki nominantı 7 dekabr tarixində açıqlanacaq. (Publika.az)