Türkiyəli futbol hakimi Cüneyt Çakır 2018-ci il dünya çempionatının oyunlarını idarə edəcək hakimlər sırasındadır.
Təcrübəli hakimə Bahattin Duran ve Tarık Ongun kömək edəcək.
Cüneyt Çakır artıq 11 ildir FİFA hakimindir. 2011-ci ildə elit kateqoriyaya yüksələn türkiyəli referi 2014-cü il dünya və 2016-cı il Avropa çempionatında hakimlik edib.