Modelyer sevgilisi Selina Loksın yeni kolleksiyasının təqdimatında iştirak edən braziliyalı veteran futbolçu Ronaldonun arıqladığı görünüb.
"Hipotroid" səbəbindən kökəlməyə meyilli olan və artıqlamaqda çətinlik çəkən "Yekədiş" ləqəbli əfsanəvi futbolçunun bu ilin yanvarında və noyabrında çəkilən fotoları arasında böyük fərq var.
Qeyd edək ki, yanvar ayında Kriştiano Ronaldonun "Ballon d'Or" mükafatını "Santyaqo Bernabeu" stadionunda qaldırdığı mərasimə Luiş Fiqo, Zinəddin Zidan və Ronaldo ilə qatılan Maykl Ouen keçmiş komanda yoldaşına sosial mediada söz atmışdı. Veteran inglis futbolçu tədbirdən sonra "Twitter"də "Köhnə dostum Ronnieni görənə qədər kökəldiyimi düşünürdüm" yazmışdı.
Fanat.Az