Ötənlərin məşhur futbolçusu, “Arsenal”ın sabiq hücumçusu Tyerri Anri bütün dünyada olduğu kimi, Afrikada da populyarlıq qazanıb.
“Guinness Nigeria” tədbirinə dəvət olunan əfsanəvi futbolçu bu ölkədə əsl hökmdar kimi qarşılanıb.
“Arsenal”ın tarixində ən yaxşı bombardir kimi iz qoyan Tyerriyə burada tacqoyma mərasimi düzənlənib. Xüsusi paltar geyinən Anri “Igwe” (Kral) tituluna layiq görülüb.