Türkiyənin "Qalatasaray" futbol komandasının yeni baş məşqçisi Fatih Terim olacaq.
Klubun saytında bildirilir ki, baş məşqçi vəzifəsi tezliklə 64 yaşlı mütəxəssisə həvalə olunacaq.
Artıq Terimin özü də sosial şəbəkədə "Harada qalmışdıq?" - deyə paylaşım edib.
Qeyd edək ki, Fatih Terim 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə də "Qalatasaray"ın baş məşqçisi olub.