İspaniya La Liqasında 17-ci turun oyunları davam edir.
Turun mərkəzi görüşü bu gün keçiriləcək.
Madriddə əzəli rəqiblər “Real” və “Barselona” üz-üzə gələcək.
Dünyanın 185 ölkəsində canlı yayımlanacaq ilin son “El-Klassiko”su Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, “Barselona” 41 xalla turnir cədvəlinin lideridir. “Real” isə 31 xalla 4-cüdür.