Türkiyə Super Liqasında 17-ci tur "Qalatasaray" üçün uğurlu alınıb.
Fatih Terim qayıdışını qələbəylə qeyd edib. Köhnə-yeni baş məşqçinin rəhbərliyi altında baş tutan ilk matçda "Göztəpə"ni qonaq edən İstanbul nəhəngi əzmkar qələbəni bayram edib.
Türkiyə Super Liqası, 17-ci tur
24 dekabr
Qalatasaray - Göztəpə 3:1
Qol: Rodriqes, 19. Öztəkin, 53. Maykon, 70 - Yahoviç, 9-pen.