"Barselona"dan ayrılacağı dəqiqləşən Arda Turanın yeni klubunun adına aydınlıq gəlib.
Təcrübəli yarımmüdafiəçi ölkəsinin "Başakşəhər" klubu ilə anlaşıb.
Bu iddia ilə Türkiyənin "TRT Spor" telekanalı çıxış edib.
Futbolçunun razılığı alındıqdan sonra transferin rəsmiləşməsi üçün klublar arasında danışıqlar başlayıb.