PSJ-nin futbolçusu Neymar Paris klubunda aldığı maaşdan narazıdır.
"sambaçı” artıq rəhbərliklə də görüşüb. Braziliyalı həftədə 1,1 milyon avro maaş almaq istəyini dilə gətirib. PSJ-nin prezidenti Nasser Əl-Xəlaifinin Neymarın tələbinə necə reaksiya verəcəyi maraqla gözlənilir.
PSJ ilə olan müqaviləsinin müddəti 2022-ci ildə bitəcək cənubi amerikalı hazırda həftəyə 750 min avro məvacib alır. (qaynarinfo.az)