Futbol üzrə Braziliyanın yığması 2018-ci il dünya çempionatında iştirak üçün komandanın formasını təqdim edib.
Braziliyada marketinq üzrə sponsor şirkətin böyük direktoru Daniel Pas bildirib ki, Braziliya başqa qitədən gələn idman növünü özününküləşdirməyi bacardı:
"Braziliya başqa qitədən gəlmiş idman növünü özünə uyğunlaşdırıb. Futbol artıq Braziliya ilə tanınır desək, yalan olmaz. Futbol Braziliyada dilin və milli dəyərlərin ayrılmaz olması kimi futbol da həyatın ayrılmaz hissəsidir. Biz bunu bayram etmək istəyirik, biz Braziliyada futbol mədəniyyətini daha da genişləndirmək istəyirik. Biz məşq təchizatından, oyun futbolkalarından və başqa şeylərdən vahid xətti hazırlamışıq. Hansı ki, bütün bunlara futbolçuların enerjisi və Braziliyanın ritmi ilham verir".
Braziliyalı futbolçuların yeni və özəl formalarına Braziliya konfederasiyasının rəsmi saytında baxmaq mümkündür. Yeni formaları ilə Braziliyanın milli komandası birinci matçını martın 23-də Moskvanın "Lujnikilər" stadionunda Rusiyanın milli komandası ilə keçirəcək.
Daha əvvəl Almaniyanı yığması öz milli formasını təqdim edib. (publika)