Braziliya millisinin keçmiş oyunçusu Roberto Karlos maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib.
Yaxın keçmişin məşhur müdafiəçisi dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.
Nüfuzlu "Franca Football" nəşrinə danışan Karlos mundialdakı favoritlərini açıqlayıb: "Almaniya, İspaniya və Fransa - dünya çempionatının əsas favoritləri bunlardı. Braziliyanı isə bu siyahıda görmürəm. Səbəb çox sadədi. Əvvəl Braziliya kimləsə oynayanda hamı düşünürdü ki, görəsən, rəqibin az da olsa, şansı varmı? İndi isə hamı düşünür ki, görəsən Brazilyanın qalib gəlmək şansı varmı? Aradakı fərqi hiss edirsiz?"
Qeyd edək ki, Roberto Karlos Braziliya millisi ilə 1998-ci il dünya çempionatında gümüş, 2002-ci ildə isə qızıl medal qazanıb.(apa)