Argentina yığmasının sabiq qapıçısı Uqo Qatti Messi barədə gedən müzakirələrə qoşulub.
Qatti də Leoya irad bildirib. O, Messinin İspaniya ilə oyunda mütləq oynamalı olduğunu vurğulayıb. Qatti Leonu Kriştianu Ronaldu ilə müqayisə edib:
"Vətərdəki ağırlara baxmayaraq, Messi İspaniya ilə oyunda meydana çıxmalıydı. İnsanlar səni görmək istəyirdi. Belə situasiyada onun yerində Ronaldu olsaydı, mütləq meydana çıxardı.
Mən hesab etmirəm ki, Messi yeganə futbolçudu ki, Argentina yığması ondan asılıdı. Belə şeylərə inanmıram".
Messi İtaliya və İspaniya ilə keçirilən yoxlama oyunlarında meydana çıxmayıb.