“Real”ın hücumçusu Kriştiano Ronaldo instaqram hesabında pərəstişkarlarının suallarını cavabalandırıb.
Ulduz futbolçu Lionel Messinin azarkeşinin verdiyi “Aregntinaya münasibətin necədir” sualına həyəcanlı şəkildə cavab verib.
O, “Argentina! Ar-gen-ti-na! Çoxu bilmir, ancaq mənim qızım yarı ispan, yarı argentinalıdır. Kimlərsə düşünür ki, Argentina mənim xoşuma gəlmir. Ancaq mən Argentinanı sevirəm” .
Qeyd edək ki, Ronaldo argentinalı Lionel Messi ilə müasir futbolun ən yaxşı oyunçusu adı üstündə mübarizə aparır.