Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2014-ün finalında Almaniyaya uduzduqları oyunu xatırladıb.
O, final matçını unuda bilmədiyini vurğulayıb: " 2014-cü ilin dünya çempionatının finalında qaçırdığım epizod hələ də beynimdə fırlanır. Həmin an topa necə pis zərbə endirmişdim.
O, oyunu mən hər gün yada salıram. Əgər biz çempion olsaydıq... Dünya kubokunun yanından keçdiyim zaman çəkilən şəkilə baxmaq çətindir. Biz turnirin qalibi olmağa yaxın idik. Ancaq mən kubokun yanından keçdim. Bu dəhşətli hissdir".
Qeyd edək ki, Argentina finalda Almaniyaya 0:1 hesabı ilə uduzub.(qol.az)