Türkiyə Futbol Federasiyası (TFF) "Başakşehir" komandasının oyunçusu Arda Turanı 16 rəsmi matçda oynamaqdan məhrum edib.
Bu barədə “Hüriyyət” məlumat yayıb.
Qeyd edək ki, Türkiyə Super Liqasının 32-ci turunda keçirilən "Başakşehir" - "Sivasspor" matçında Arda yan hakimin qərarına etiraz edib və onu itələyib. Nəticədə baş hakim ona qırmızı vərəqə göstərib. Bu qərardan sonra o, baş hakimin üstünə yeriyərək yumruğunu göstərməklə onu hədələyib.