“Qarabağ”ın haitili yarımmüdafiəçisi Donald Gerrye haqqında çıxan transfer iddialarına münasibət bildirib.
Futbolçu instaqram hesabından açıqlama verərək İtaliya A seriyasının klublarından birinə keçəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
O, Ağdam klubunda qalacağını bildirib: “İtaliya klubunda oynamaq üçün “Qarabağ”ı tərk edəcəyimi yazırlar. Lakin bu, düzgün informasiya deyil. Mənim klubumla daha bir illik müqaviləm var. "Qarabağ"dan getmirəm”.
Qeyd edək ki, Donald Gerrye ötən ilin yayından “Qarabağ”ın şərəfini qoruyur. Haitili futbolçu liqanın başa çatmasından istifadə edərək ailəsi ilə birlikdə Mayamiyə istirahətə gedib və tətilini əvvəlcədən planlaşdırdığı üçün Haiti millisinin tərkibində Argentina yığmasına qarşı oynamaqdan imtina edib.