Çempionlar Liqasının final oyununda ən çox diqqət çəkən adlardan biri türkiyəli iş adamı Nüsrət olub.
“Real”ın “Liverpulu” 3:1 hesabı ilə məğlub etməsindən sonra “Kral Klubu”nun qalibiyyət sevincinə qatılan Nüsrət komandanın kapitanı Serxio Ramosla foto çəkdirib.
Daha sonra zədələnərək oyunu göz yaşları içində tərk edən Məhəmməd Salahla görüşən iş adamı ona təsəlli xarakterli tövsiyələr verib. Nüsrətlə kameralar önünə keçən Ronaldo ona ingiliscə “adamsan” deyib.