“Real Madrid”in hücumçusu Kriştiano Ronaldo Çempionlar liqasının onun şərəfinə adlandırılmalı olduğu bildirib.
Bu barədə “Marka” qəzeti yazıb.
“Kim yenə Çempionlar liqasının ən yaxşı hücumçusu oldu? Bu turnir adını dəyişməli və CR7 Çempionlar liqası adlandırılmalıdır. Mən Çempionlar Liqasını 5 dəfə qazanmışam, növbəti dəfə onun ən yaxşı hücumçusu olmuşam, buna görə də mənim kədərlənmək üçün səbəbim yoxdur”, - Ronalda bildirib.
Xatırladaq ki, “Real Madrid” final oyununda “Liverpul”a qalib gələrək ardıcıl üçüncü, ümumilikdə isə 13 dəfə Çempionlar Liqasının qalibi olub.