Argentina milli komandasının İsrail yığması ilə yoldaşlıq görüşü keçirməkdən imtina edib.
Buna səbəb yığmanın kapitanı Lionel Messinin ölüm təhdidləri alması olub.
Bununla bağlı İsrailin Argentinadakı səfirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd edək ki, daha əvvəl Fələstin Futbol Federasiyasının prezidenti Cibril Racub müsəlman azarkeşləri, İsraillə oyunda meydana çıxacağı halda, Lionel Messinin fotoları və köynəklərini yandırmağa çağırıb.
Xatırladaq ki, İsrail - Argentina matçı iyunun 9-na planlaşdırılmışdı.