Tanınmış modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Rusiyada keçiriləcək Futbol üzrə dünya çempionatı çərçivəsində Moskvada 8-15 iyun tarixlərində baş tutacaq “Dostluq üçün futbol” turnirinə gedəcək Azərbaycanlı gənc futbolçu Conatan Ferqüssonla görüşüb. Gənc futbolçu qapıçı kimi çıxış edəcək. Ferqüsson Kosta-Rika, Qırğızıstan, Sent-Lüsiya, Laos və Kamar adalarından olan gənc oyunçularla birlikdə çıxış edəcək.
Sonra layihəsi çərçivəsində azərbaycanlı nümayəndə simvolik bilərziyi Gülnarə xanımın qoluna taxıb. Bilərziyin göy rəngi sülh səmasını, yaşıl isə - hər kəsə əlçatan futbol meydançasını simvolizə edir.Gülnarə xanım əlavə edib ki, əgər sülh olmasa, peşəkar idman və sağlam həyat tərzi də olmaz.yacaq. Ona görə də o həmişə sülh və əmin-amanlığı dəstələyib.
Qeyd edək ki, “Qazprom” İSC-nin himayədarlığı ilə “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir. Forumun iştirakçıları səkkiz dəyəri: dostluq, bərabərlik, ədalət, sağlamlıq, əmin-amanlıq, sədaqət, qələbə, adət-ənənə və dürüstlüyü təbliğ edir. Proqramda gənc futbolçular (qızlar və oğlanlar, hətta fiziki qüsurlu gənclər), “Dostluq üçün futbol” Uşaq Mətbuat Mərkəzi çərçivəsində gənc jurnalistlər iştirak edir. Son 5 il ərzində proqramda 3,7 mindən çox uşaq iştirak edib.
İştirakçıların dəstəkləyib irəliyə apardığı əsas dəyərlər – dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.
Bu turnir Rusiyada keçiriləcək Futbol üzrə Dünya Çempionatına hazırlıq çərçivəsində baş tutacaq. Turnirin iştirakçısı olan gənclər isə çempionatın açılış matçını qonaq qismində izləyəcəklər.