Futbol aşiqi olan almanlar iş saatları ilə eyni vaxta düşən matçlardan xəbərdar olmaq üçün yeni bir cihaz kəşf ediblər.
Bir alman radiosu bunun üçün xüsusi qələm istehsal edib. “Bluetooth” vasitəsilə radioya qoşulan qələm ağızdan qulağa xüsusi siqnallar göndərir və istifadəçilərin toplantı və ya iş əsnasında matçları dinləməsini təmin edir.
Bu kəşfin ideyası Rusiyada keçirilən Dünya Çempionatı olub. Belə ki, ölkələr arasında olan saat fərqi almanları düşüncələrə qərq edib. Onlar da çarəni yeni bir cihazda tapıblar