Avropa Atletizm Çempionatında 200 metr məsafəyə qaçışda Türkiyə millisinin atleti Ramil Quliyev birinci yerə çıxaraq qızıl medala layiq görülüb.
Türkiyə mediası xəbər verir ki, Quliyev bu məsafəni 19,76 saniyəyə qət edərək çempionatın rekordunu qırıb.
2017-ci ildə Londonda keçirilən dünya çempionatında qızıl medal qazanan atlet karyerasında ilk Avrupa çempionluğunu rekord qıraraq əldə etdi.