UEFA, Avropa Liqasında 2017/18 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.
Eurasia Diary komanda.az-a istinadən xəbər verir ki, turnirin ən yaxşı oyunçusu adına 3 namizəd var.
Bunlardan ikisi Avroliqanın son qalibi Madrid "Atletiko"sunun üzvləri - müdafiəçi Dieqo Qodin və hücumçu Antuan Qrizmanndır. Digər namizəd isə bu turnirin finalında İspaniya klubuna məğlub olmuş Marsel "Olimpik"inin yarımmüdafiəçisi Dmitri Payetdir.
Səsvermə ötən mövsüm qrup mərhələsində iştirak etmiş 48 komandanın baş məşqçiləri və Avropa İdman Nəşriyyatı Assosiasiyası tərəfindən seçilmiş 55 jurnalist arasında aparılacaq.
Qalibin adı isə avqustun 31-də keçiriləcək Avroliqanın qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.