Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə qarşılaşacaq "Qarabağ" dünən Moldovaya yollanıb.
Eurasia Diary xəbər verir ki, Ağdam təmsilçisi Bakı-Kişinyov reysi ilə səfərə çıxıb.
Bu gün "Şerif" stadionunda "Qarabağ"ın oyunöncəsi son məşqi olacaq.
Qeyd edək ki, "Şerif - "Qarabağ" matçı sabah Bakı saatı ilə saat 21:00-da başlayacaq.