Məşhur “Real Madrid” klubunun oyunçusu həbs edilib. Xoravatiya milli komandasının kapitanı ulduz futbolçu Luka Modriçə həbs cəzası kəsilib.
Eurasia Diary "Sputnik"ə istinadən xəbər verir ki, futbolçu vergidən yayındığı üçün məhkəmə onun barəsində həbs qərarı qəbul edib. Modriçə 8 aylıq həbs cəzası kəsilib.
İspaniya qanunlarına əsasən, futbolçu istəsə, həbs cəzasını pul ödəməklə əvəzləyə bilər. Məşhur oyunçu 60 min avro (119 min manat) ödəsə, həbs cəzasını çəkməyəcək.