İngiltərənin "Arsenal" klubunun hazırkı baş məşqçisi Unay Emeri sələfi Arsen Vengerin avrokuboklarla bağlı müəyyənləşdirdiyi məşq rejimini dəyişib.
Eurasia Diary “Report”-a istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis avrokuboklarda səfərə çıxmazdan öndə Londondakı səhər məşqini ləğv edib. Emerinin dönəmində ölkə xaricində ilk oyununu Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”a qarşı keçirəcək “topçular” oktyabrın 3-də Bakı Olimpiya Stadionunda (BOS) məşq edəcəklər.
Adətən, səfər oyununun keçiriləcəyi stadionda məşq etmək futbolçuların meydanı tanıması, uyğunlaşması baxımından önəmli hesab olunur. Lakin buna gərək görməyən Venger Londondakı səhər məşqinin yetərli olduğunu düşünürdü. Emeri isə yerli vaxta uyğunlaşmaları üçün oyunöncəsi BOS-da da məşq etməyi məqsədəuyğun sayıb.
Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” matçı saat 20:55-də start götürəcək.