Millət vəkili Orada savadsızlar, kütbeyinlər oturub

İdman 05:00 07.12.2018

Milli Olimpiya Komitəsinin baş katibi, Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev boksun Olimpiya Oyunlarından kənar qalma məsələsinə münasibət bildirib.

Eurasia Diary xəbər verir ki, o, Oxu.Az-a verdiyi müsahibəsində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbərliyini bu qərarına görə sərt şəkildə tənqid edib:

“Boksun Olimpiya Oyunlarından kənarlaşdırılması bugünkü Beynəlxalq Olimpiya Hərəkatındakı rəhbərliyin səviyyəsizliyindən xəbər verir. Çünki onlar bilməlidir ki, Olimpiya tarixində boks atletika və güləşlə birgə ilk idman növləri olub. Yeni seçilmiş AIBA prezidenti onların xoşuna gəlmirsə, boks burada neyləsin? Boksla nə işiniz var? Belə şey olar? Mən bunu bütün dünyaya yayacağam.

Yazacağam ki, boks, güləş və atletika olmasaydı, Olimpiya Oyunları olmazdı. Köklü Olimpiya idman növünü Olimpiadadan çıxarmaq nə dərəcədə düzgündür? Kimdənsə xoşunuz gəlmirsə, burada idman növü neyləsin? Bu idmanla Yer kürəsində minlərlə insan məşğul olur”.

AIBA-nın özbək prezidenti Qafur Rəhimov ABŞ Maliyyə Departamenti tərəfindən kriminal qruplaşmada iştirakına görə sanksiyaya məruz qalıb. Məhz buna görə onun prezident seçilməsi BOK-un narazılığına səbəb olub. Lakin millət vəkili bir şəxsə görə boks barədə belə qərarın verilməsinin yanlış qərar olduğunu bildirib: 

“Deyək ki, o, kriminal qruplaşmanın üzvüdür. Beynəlxalq Olimpiya Komitəsi təsdiqləməsin onu. Desinlər ki, yenidən iclas keçirib başqa adamı seçin. Ona görə boksun nə günahı var? İkincisi, boksda çəki dərəcələrində azaldıb səkkiz ediblər. Bunlar başa düşmür ki, optimal çəkilərin sayı on olmalıdır.

Xüsusən aşağı çəkilərdə fərq üç kiloqramdan çox olmamalıdır. Fərq 4-5 kq olanda rəqiblər bir-birinə daha ağır zərbə vururlar. Belə olanda zərbələrin təsiri birdən on faizə artır. Başa vurulan zərbələrin isə beyinə təsiri var. Tibbi cəhətdən düzgün deyil. 49, 52, 56, 60, 64, 69, 75, 81, 91 və +91 kq çəki dərəcələri olmalıdır. Bunu da Beynəlxalq Olimpiya Komitəsi belə edib ki, medalların sayını azaltsınlar. Amma bilmirlər ki, çəkiləri azaltmaqla boksçuların sağlamlığına təsir edirlər?”

Ağacan Abiyev BOK-un Tibbi Komissiyasını da savadsızlıqda günahlandırıb:

“Beynəlxalq Olimpiya Komitəsinə şikayət edəcəyəm. Yazacağam ki, sizin Tibbi Komissiya yatır. Bu çəkiləri azaldanda nəzərə alınmışdı ki, zərbələrin beyinə təsiri 5-10 faizdən çox olmamalıdır. Amma indi otuz faiz olacaq. Biz deyirik ki, xarici ölkələr belədir, elədir. Elə xarici ölkələrdir də, başımıza bu oyunları açırlar. Orda savadsızlar, kütbeyinlər oturub.

Onların heç tibdən xəbəri yoxdur. Medal dediyin nədir ki? Dəmirdir də. Olimpiada qızıl medal gümüşdəndir, sadəcə, qızıl suyuna çəkilib. Yalnız gümüş və bürünc medallar həqiqidir. SSRİ vaxtı deyirdilər ki, bu qədər qızıl medallar hardandır?! Elə o vaxtdan qızıl medallar gümüşdən hazırlanır.

Bəlkə də, Olimpiadanın ilk illərində idmançılara həqiqi medallar verilib. Yoxsa indi Olimpiadanın ən çox qızıl medal qazanan idmançısı, amerikalı üzgüçü Maykl Felps bütün medallarını satsaydı, dünyanın ən varlı atleti olardı”.

Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO

Xəbər xətti

Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Rusiya vətəndaşlarının Türk Hava Yolları ilə uçmamağı tövsiyə edib
Rusiya vətəndaşlarının Türk Hava Yolları ilə uçmamağı tövsiyə edib
14:05 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
13:55 23.04.2024
Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
12:34 23.04.2024
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
12:27 23.04.2024
Umud Mirzəyev: "Revanşist siyasət Ermənistanı fəlakətə apardı"
12:22 23.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
12:15 23.04.2024
Çin ABŞ qadağalarına məhəl qoymur
Çin ABŞ qadağalarına məhəl qoymur
12:10 23.04.2024
Haaqada “Ermənistan Azərbaycana qarşı” işi üzrə Azərbaycan nümayəndəliyinin növbəti müdafiəsi keçirilir - CANLI - VİDEO
12:09 23.04.2024
ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT
12:05 23.04.2024
Siyavuş Novruzov: “Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin, ona başa salaq ki..."
11:52 23.04.2024
Aİ yenidən Rusiya qazına üz tutdu
Aİ yenidən Rusiya qazına üz tutdu
11:50 23.04.2024
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO
11:49 23.04.2024
RƏSMİ! Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
11:41 23.04.2024
Ermənistan DİN minatəmizləmə işlərinin aparılması üçün Bağanis-Voskepar yolunu bağlayıb
11:31 23.04.2024
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:15 23.04.2024
Sosial ödənişlər 25 apreldə yekunlaşacaq
11:10 23.04.2024
Milli Məclisin növbəti iclası başlayıb
11:04 23.04.2024
Ermənistandan Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
11:04 23.04.2024
Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ
11:00 23.04.2024
Rəsmi Tehran: "İran Azərbaycan və Ermənistan arasında razılaşmalara hörmətlə yanaşır"
10:55 23.04.2024
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
10:32 23.04.2024
Ermənilər Aşağı Əskiparadan toplanan minaları partladacaq
10:27 23.04.2024
2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Hamısı