Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov vəzifəsindən ayrılıb.
Eurasia Diary-nin məlumatına görə, 46 yaşlı mütəxəssis istefa qərarını özünün də üzvü olduğu AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında açıqlayıb.
Eyni zamanda "Qarabağ"ı çalışdıran Qurbanov komitənin yığıncağında yığma ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilməsini istəyib. Mütəxəssisin bu istəyi qəbul olunub.