Dayısının sözünə baxmadı, dünya və Avropa çempionu oldu Portret

İdman 20:20 17.12.2018

O, 2018-ci ilin ən yaxşı idmançısı adına əsas namizəddir 

Eurasia Diary kaspi.az-a istinadən yazını təqdim edir.

Kumiri Rövşən Bayramov, hobbisi kitab oxumaq, xarakterinin əsas özəlliyi dürüstlükdür. Heç bir halda yalan danışmağı bacarmır. Dayısı - tanınmış futbol mütəxəssisi Şahin Diniyev onu yaşıl meydanda görmək istəsə də, güləşi seçib. "Yaxşı ki, belə qərar vermişəm, bir daha seçim etməli olsam, yenə güləşi seçərdim" deyir. Anlaşılandır. O, bu gün dünya və Avropa çempionudur. Hər iki uğuru cəmi bir ilə sığdırmaqla, böyük diqqət çəkib. Sona çatmaqda olan 2018-ci ilin ən yaxşı idmançısı adına əsas namizəddən - yunan-Roma güləşçisi Eldəniz Əzizlidən bəhs edirik.
 
Valideynlərindən xəbərsiz...
 
Eldəniz Yamən oğlu Əzizli 1992-ci ildə Beyləqan rayonunda doğulub. Əksər oğlan uşaqları kimi, o da nadincliyi ilə başabəla olub. Gah dava-dalaş salıb, gah da ağac-hasar başından yıxılaraq, qol-qıçını zədələyib. Belə olduqda, valideynlər çıxış yolu kimi adətən idmanı görsə də, Eldənizin ailəsində vəziyyət fərqli olub. Ələlxüsus da anası onun oxumağını istəyib. Lakin təhsil aldığı məktəbin yaxınlığında açılan idman zalı planları dəyişib. Eldəniz yoldaşlarına qoşularaq, sərbəst güləş məşqlərinə qatılıb. Əvvəl ata-anasından bunu gizlədib. Çox keçməyib ki, sonuncu dərslərə nə üçün girmədiyi üzə çıxıb. Anası tərəfindən danlansa da, güləş həvəskarı olan Yamən bəy məşqini izlədikdən sonra gələcəyinin uğurlu olacağına inanıb. Lakin sərbəst güləş məşqləri çox çəkməyib. Heç bir ay keçməmiş, yunan-Roma növünə üz tutub. Qohumu Kamil Fərzəliyevin yanında 8 il klassik güləşin sirlərinə yiyələnən, bu müddətdə dəfələrlə UGİM birinciliklərinin qalibi olan Əzizli, 2007-ci ildə Bakıya gəlib. Həmin ildə baş tutan ilk mötəbər yarışını - yeniyetmələr arasında respublika birinciliyini bürünc mükafatla başa vurub. Bu nəticədən sonra yığma komandanın heyətinə cəlb olunub. Gürcüstan və Türkiyədə keçirilən beynəlxalq turnirlərdəki qalibiyyətlərlə Polşada təşkil olunan Avropa birinciliyində ölkəmizi təmsil etmək hüququ qazanan Eldəniz, rəqiblərinə xal vermədən, qitənin ən güclüsü olub.

Çempionluqlara doymayan gənc
 
Əzizli 2008 və 2009-cu illərdə də Avropanın bir nömrəsi ünvanını heç kimə güzəştə getmir. 2010-cu ildə gənclər arasında debüt ili olsa da, o, həm Bolqarıstanda baş tutan Avropa, həm də Macarıstanda təşkil olunan dünya birinciliyinin qalibi olur. 2011-ci ildə gənclərin əsas qitə yarışında yenidən fəxri kürsünün ən yüksək pilləsində dayanır. Almaniyada keçirilən böyüklərin Avropa çempionatında isə üçüncü nəticə göstərir. Həmin ilin dekabrında Orxan Əhmədov və Elçin Əliyev kimi titullu pəhləvanları üstələməklə, böyüklərin respublika çempionatının qalibi adını qazanır. Növbəti ildə gənclər arasında Avropa çempionatını buraxsa da, Tailandda baş tutan dünya birinciliyində ikinci çempionluğunu bayram edir. 2013-cü ildə Kazanda təşkil olunan universiadada isə bürünc medalı boynundan asır.
 
Sükut
 
2014-cü ildə Dünya Güləş Birliyinin çəki dərəcələrində etdiyi dəyişiklikdən sonra qəhrəmanımızın karyerasında eniş başlayır. Belə ki, Eldənizin çıxış etdiyi ekstra yüngül çəki dərəcəsi əvvəlki kimi 55 deyil, 59 kiloqram müəyyənləşdirilir. Çəkisini qaldırmaqda çətinlik çəkən Əzizli, normalda daha yuxarı çəkiyə malik güləşçilərlə mübarizədə istəyinə çata bilmir. Daxili yarışlarda üzləşdiyi ardıcıl uğursuzluqlar, beynəlxalq turnirlərin qapısını üzünə bağlayır. Əslində, bu, tək Eldənizin üzləşdiyi problem deyil, böyük rəqabət olan 55 kiloqramda çıxış edən əksər "klassiklər"imiz keçid dövründə uğursuzluqla üzləşib.

5 ilin 5 aya sığan "sığorta"sı
 
Yarış qaydaları və çəki sistemində tez-tez dəyişiklik etməklə ad çıxaran ali güləş qurumu, 2017-ci ildə çəki dərəcələrinə yenidən əl gəzdirir. Say səkkizdən ona qaldırılır, nəticədə, 55 kiloqram da bərpa olunur. Bununla da Eldənizin karyerasında yeni - möhtəşəm dövrün əsası qoyulur. Cari ilin may ayında Dağıstan respublikasının Kaspiysk şəhərində Avropa, oktyabrda isə Macarıstanın paytaxtı Budapeştdə dünya çempionu olan qəhrəmanımız, Azərbaycanın yunan-Roma güləşi tarixində ikinci belə uğura imza atıb. Belə ki, bir ildə hər iki titulu onadək sadəcə, Həsən Əliyev qazanmışdı. Yeri gəlmişkən, hər iki pəhləvanın şəxsi məşqçisi əməkdar məşqçi Vaqif Feyzullayevdir.
 
Çox güclü, əsl xarakter nümunəsi
 
Əlindəki ciddi zədəyə rəğmən, final da daxil, dünya çempionatında keçirdiyi beş görüşün dördündə rəqiblərinə bir xal da vermədi. Fiziki cəhətdən çox güclü təsir bağışlayan Eldəniz, həm də olduqca soyuqqanlıdır. Bunun üçün Avropa çempionatının yarımfinal görüşünü xatırlamaq kifayətdir. Belə ki, o, ev sahibi Vasili Topoyevə 0-7 hesabı ilə uduzsa da, sonradan vəziyyəti xeyrinə dəyişməklə, çempionatın ən maraqlı hadisəsini müəyyənləşdirmişdi. Bu, onda əzəldən mövcud olan xüsusiyyətdir. Güləşlə məşğul olduğu 20 ilə yaxın müddət ərzində dəfələrlə belə hal yaşayıb.

"Sərbəst güləşdə uğurlu olmazdım. Elastikliyim bu növün tələblərinə cavab vermir. Qələbələri böyük ölçüdə gücümün hesabına qazanıram. Bu gün məni rəqiblərimdən fərqləndirən əsas cəhət budur" - deyir, Əzizli.

Baş məşqçinin əminliyi
 
55 kiloqram çəki dərəcəsi Yay Olimpiya Oyunlarının proqramında yer almadığından, növbəti ildən Eldənizi 60 kiloqramda görəcəyik. Özü Avropa çempionatında hazırkı çəkisində çıxış edib, II Avropa oyunları və Qazaxıstanda keçiriləcək lisenziya xarakterli dünya çempionatına 60 kiloqramda hazırlaşmaq istəsə də, baş məşqçi Şaban Donat fərqli düşünür. Türkiyəli çalışdırıcı hesab edir ki, keçid nə qədər tez baş tutsa, o qədər effektli olacaq. Donatın Əzizli barədə düşüncələrini təqdim edirik: "Yaxşı insan olmadan, çempion olmaq mümkün deyil. Bu, mənim fəlsəfəmdir. Odur ki, Eldənizin xarakteri barədə geniş söhbət açmağa gərək yoxdur. Mən inanıram ki, o, 60 kiloqramda da uğurlu olacaq. Fiziki cəhətdən çox güclüdür. Üstəlik, növbəti ildən final proqramında 2 kilo artıq çəki ilə güləşməyə icazə verilməyəcək. Şərtlər 60 kiloqram və digər olimpiya çəkilərində çıxış edən güləşçilərin əksəriyyətinə heç cür sərf etmir. Eldəniz isə çəkisalmada heç bir problem yaşamayacaq deyə, rəqibləri qarşısında önəmli avantaja sahib olacaq. Ümid edirəm ki, o, Tokio olimpiadasında da sözünü deyəcək".
 
Kitabsız keçən gün, gün deyil
 
Mütaliəsi, dünyagörüşü ilə fərqlənir. Dediyinə görə, kitabsız bir günü yoxdur. Hara getsə, özü ilə mütləq kitab götürür. Şəriət qanunlarını rəhbər tutaraq yaşayan Əzizli, dini məzmunlu kitablara üstünlük verir. Bir neçə il hazırlıq keçərək, ərəb dilini də öyrənib. Tarixi kitablarla da arası yaxşıdır. Gərgin məşqlərdən, yarışlardan vaxt tapıb, Şaban Donatın hədiyyə etdiyi 6 cildlik "Osmanlı tarixi"nin 3 cildini bitirib.

 

Eldəniz deyir ki, bu günədək bütün pis vərdişlərdən uzaq olub. Onun heç əyləncə ilə də arası yoxdur. İki övlad atası olan qəhrəmanımız, vaxtının çoxunu ailəsinə həsr edir.

Çunayevin anasının sevinc göz yaşları...

Yaxın ünsiyyət qurduğu idmançılar yunan-Roma güləşi üzrə dünya çempionu, olimpiya mükafatçısı Rəsul Çunayev və digər komanda yoldaşı, Avropa çempionu Rafiq Hüseynovdur. Hər iki güləşçi ilə ailəvi dostluq münasibətləri var. Bu, o qədər möhkəm tellərə söykənir ki, Çunayev evini dəyişərək, Əzizligilin yaxınlığına köçüb. Eldənizin dediyinə görə, Rəsulun anası, o, çempion olduqdan sonra sevincindən göz yaşlarını saxlaya bilməyib. Belə qənaətə gəlmək olar ki, qəhrəmanımız güləşdə olduğu kimi, dostluqda da nümunəvi insandır.
 
Futbolda da istedadlı
 
Peşəkar karyera olaraq futbolu seçməsə də, dost-tanış arasında yaxşı top qovması ilə ad çıxarıb. Rafiq Hüseynov hesab edir ki, futbolu seçsəydi, orada da uğurlu karyera qurardı. İmkan düşdükcə, futbol matçlarını da izləyir. Azarkeşlik etdiyi klublar "Qarabağ", "Qalatasaray" və "Barselona"dır. Əfsanəvi Ronaldinyo isə milyonlarla futbolsevər kimi, onun da könlündə əbədi taxt qurub. "Katalonlar"a olan sevgisi keçmiş "Real"lı Kriştiano Ronaldoya qarşı münasibətini dəyişməyib. Eldənizin fikrincə, o, idmançı xarakterinə görə, Messidən çox üstündür.

Dayıya layiq oğul
 
Bugünkü səviyyəyə çatmağında Şahin Diniyevin böyük rol oynadığını, çətin dönəmlərdə həm maddi, həm də mənəvi cəhətdən dəstəyini əsirgəmədiyini deyir. İlk beynəlxalq yarışlara dayısının köməyi ilə gedib. O da öz növbəsində, heç vaxt borclu qalmayıb. Hər dəfə maksimum nəticə ilə Diniyevin üzünü ağ edib.
 
Portret

"Çətin vəziyyətdən çıxmaq üçün yeganə şansım olsa belə, yenə də yalana əl atmaram. Gözləyib-gözlətmək qədər nifrət etdiyim şey yoxdur. Çağırılan yerə lazım olan vaxtdan xeyli əvvəl hazırlaşıram ki, problem çıxmasın. Çox tənbələm. Kamran Məmmədov, Rafiq Hüseynov və başqa komanda yoldaşlarım məndən daha çox məşq edir". Bu sözlərdən dürüstlüyü ilə yanaşı, özünütənqid keyfiyyəti də üzə çıxır. Amma "tənbəllik" bir az sərt ifadə oldu elə bil. Hər halda, fikirləşdiyi qədər tənbəl olsaydı, bu gün onu dünya və Avropa çempionu kimi təqdim etməzdik. Fikrimizə Şaban Donat da şərikdir. Bu titullar böyük zəhmətin, eyni zamanda səbrin bəhrəsidir. İllərlə məqamını gözləyən aslan, artıq pusqudan çıxıb. Daha şikarların seçim yeri də yoxdur.

 

 

 

 

 

 

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı