İngiltərə Premyer Liqasında XXI turun oyunları keçirilir.
Eurasia Diary xəbər verir ki, turun gözlənilməz xal itkisi “Stemford Bric”də olub.
“Çelsi” öz meydanında “Sauthempton”la oyunda xal itkisi ilə üzləşib – 0:0.
“Mançester Yunayted” isə səfərdə “Nyukasl”a qalib gəlib – 2:0.
Bununla da Ule Qunar Sulşerin təyinatından sonra “qırmızı şeytanlar” ardıcıl dördüncü qələbəsini əldə edib.
Qeyd edək ki, bu gün turun mərkəzi qarşılaşması baş tutacaq. “Mançester Siti” turnir cədvəlinin lideri “Liverpul”a ilk məğlubiyyətini yaşatmağa çalışacaq.