Qarışıq döyüş növləri üzrə rusiyalı boksçu Fyodor Yemelyanenko, agır çəki dərəcəsində keçirilən Bellator Gran-prisinin finalında, amerikalı boksçu Rayan Beyderə məğlub olub.
Eurasia Diary xəbər verir ki, döyüş Los-Angeles şəhərində keçirilən final görüşü birinci raundunun elə birinci dəqiqəsində nakautla yekunlaşıb.
Bu məğlubiyyət, 42 yaşlı Yemelyanenko üçün altıncı sayılır, o 38 dəfə qarışıq döyüş növlərində qalib olub.
35 yaşlı Beyder isə, indi iki çəki dərəcəsinin çempionluq kəmərinə sahibdir. R.Beyder beş məğlubiyyətlə, 27 –ci qələbəsini qazanıb.
https://twitter.com/i/status/1089381793332113409