Alimlərimiz yeni velosiped ixtira etdi | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


Alimlərimiz yeni velosiped ixtira etdi

İdman A- A A+

Azərbaycan alimləri tam ötürməli yeni velosiped ixtira edib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) verilən məlumata görə, yeni velosipedin müəllifləri akademiyanın Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oqtay Salamov və “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamovdur.

Avrasiya Patent Təşkilatı yeni ixtiranı tanıyıb və müəlliflərə 030801 seriya nömrəli şəhadətnamə verib. Azərbaycanın ümumilikdə ixtiraçı alimlərinin iki təkərli tam ötürməli velosiped işlənməsi üzrə ilk işi olan sözügedən velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda və eyni zamanda aparıcı təkər funksiyasını icra edə bilir.

Öz sinfində (tam ötürməli velosipedlər) yeni texniki göstəricilərin cəmləşdiyi ixtira şəraitdən asılı olaraq həm tam ötürməli, həm də düz yol şəraitində ən yüksək nəticələrə və sürətə malik adi ötürməli idman velosipedi kimi istifadə oluna bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...