UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin ilk iştirakçısı müəyyənləşib.
Eurasia Diary xəbər verir ki, onaltıdabir final mərhələsinin cavab görüşlərinə “Sevilya” (İspaniya) – “Latsio” (İtaliya) oyunu ilə start verilib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab 20-ci dəqiqədə Ben Yederin qolu ilə açılıb - 1:0. Qarşılaşmanın 78-ci dəqiqəsində isə Pablo Sarabiya oyunda son nöqtəni qoyub - 2:0. Qalan dəqiqələrdə italiyalılar oyunda dönüş yaratmağa çalışsalar da, istəklərinə nail ola bilməyiblər.
Matçın baş hakimi “Sevilya”nın heyətindən Franko Vasqesi, “Latsio”dan isə Adam Maruşiçi meydandan kənarlaşdırıb.
Komandalar arasında İtaliyada keçirilən ilk görüşdə ispaniyalılar minimal hesabla üstün olmuşdular. Beləliklə, “Sevilya” UEFA Avropa Liqasının səkkizdəbir finalının ilk iştirakçısı olub.
Qeyd edək ki, onaltıdabir final mərhələsinin digər 15 oyunu fevralın 21-də keçiriləcək. Turnirin püşkatma mərasimi isə fevralın 22-də baş tutacaq.
UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda oynanılacaq.