İtaliyanın “Yuventus” klubunun əfsanəvi hücumçusu Alessandro Del Pyero ABŞ-ın Los-Anceles şəhərində “LA10FC” komandasına sahib olub.
Eurasia Diary TASS informasiya agentliyinə istinadla xəbər verir ki, o, 2018-ci ilin sonlarında həvəskarlar liqasında çıxış edən kiçik klub aldığını bildirib.
“Bu, hər zaman istədiyim layihədir. Ötən ilin yayında arzuma çatdım. Bu günlərdə ilk dəfə bunu ictimaiyyətə açıqlayıram. Komandanın adı “LA10FC”-dir və bizim rənglərimiz ağ, qara və bozdur”, – deyə Del Pyero bildirib.
Qeyd edək ki, Del Pyero 1993-2012-ci illərdə “Yuventus”da çıxış edib. O, futbolçu karyerasını 2015-ci ildə başa vurub. Sabiq hücumçu Turin komandasının heyətində 6 dəfə İtaliya çempionatının, ölkə kubokunun, 4 dəfə İtaliya Super kubokunun və UEFA Çempionlar Liqasının qalibi olub. İtaliya milli komandasının heyətində isə məşhur futbolçu 2006-cı ildə dünya çempionu və 2000-ci ildə Avropa ikincisi olub.