İspaniya La Liqasında 26-cı tur mərkəzi qarşılaşmasında “Real” öz meydanında “Barselona” ilə qarşılaşıb.
“Qafqazinfo” xəbər veri ki, bir neçə gün öncə İspaniya kubokunun yarımfinalında rəqibini 3:0 hesabı ilə məğlub edən “Barselona” bu dəfə də qalib gəlib.
Kataloniya təmsilçisi 26-cı dəqiqədə İvan Rakitiçin vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb.
Bu qələbədən sonra “Barselona” xalını 60-a çatdırıb və 3-cü pillədəki “Real”la xal fərqi 12-yə yüksəlib. “Atletiko” isə 50 xalla ikincidir.
Qeyd edək ki, “Barselona” son bir ay ərzində oynadığı üç “El Klassiko”da 2 qələbə qazanıb, 1 oyun isə bərabərə bitib.