"Yuventus" "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ilə maraqlanır.
Eurasia Diary goal.az-a istinadən xəbər verir ki, İtaliya klubunun nümayəndələri artıq təcrübəli mütəxəssislə iki dəfə görüşüblər. Ancaq onu razı salmağın çətin olduğu bildirilib. Çünki Qvardiolanın "Mançester Siti" ilə 2021-ci ilə yayında başa çatacaq müqaviləsi var və bu klubda ilinə 23 milyon avro qazanır.
Qeyd edək ki, "Yuventus"un hazırkı baş məşqçisi Massimiliano Alleqridir.