Bu gecə UEFA Çempionlar Liqasında 1/8 final matçlarının növbəti cavab oyunları keçiriləcək. Turində "Yuventus" "Atletiko Madrid"i, Mançesterdə "Mançester Siti" "Şalke"ni qəbul edəcək. Hər iki matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
İspaniyada 2-0 hesabı ilə "Atletiko"ya məğlub olan "Yuventus" öz meydanında məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Oyun öncəsi mətbuat konfransında Turin klubunun baş məşqçisi Massimiliano Alleqri:" Biz oyundakı bütün epizodlardan lazimi qədər istifadə etməyə çalışacağıq." Dieqo Simeone isə bu fikirləri ilə yadda qalıb: "Biz Turində çox diqqətli olmalıyıq". "Yuventus"un heyətində Aleks Sandro, "Atletiko"nun heyətində isə Dieqo Kosta və Tomas Partye cəzalı olduğu üçün oyunu buraxacaq. "Yuventus"da Sami Xedira, Atletikoda Filip Luis, Lukas Hernandez zədə səbəbilə meydanda olmayacaq.
İngiltərədə keçiriləcək "Mançester Siti" və "Şalke" qarşılaşması ilk oyunda qeydə alınan hesab baxımından prinsipial xarakter daşıyır. Almaniyada 3-2 hesabı ilə əzmkar qələbə qazanan ingilislər cavab matçına arxayın yollanacaq. Pep Quardiola "Mançester Siti" oyunçularını "Çempionlar Liqası gəncləri" adlandırıb. Alman klubunun baş məşqçisi Domeniko Tedesko isə özlərini "autsayder" adlandırsa da inamlı mübarizə aparacaqlarını bildirib. Cəzalı olduğu üçün Otamendi və Fernandinyo oyunu buraxacaq, zədəli olduğu üçün ingilis klubunda qapıçı K.Bravo, Stons və De Bruyne, Alman klubunda isə Maskarel, Şöpf, Daniel Kalicuri oyunda iştirak edə bilməyəcək.
Turində keçirilən oyunda baş hakim Hollandiyalı Björn Kyupers, İngiltərədə keçirilən oyunda baş hakim Fransız Klemen Turpin olacaq.
Azad Nuriyev