UEFA Həftənin ən yaxşılarını müəyyən edib | Eurasia Diary - ednews.net

26 May,


UEFA Həftənin ən yaxşılarını müəyyən edib

İdman A- A A+

Bu həftə keçirilən UEFA Çempionlar Liqası və Avropa Liqasında "həftənin oyunçusu" və "həftənin ən yaxşı qolu" mükafatının sahibi bəlli olub.

Eurasia Diary UEFA-ya istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının 1\8 final mərhələsi çərçivəsində baş tutan "Atletiko"ya qarşı oyunda het-trik ilə yadda qalan ulduz futbolçu Kriştianu Ronaldo həftənin ən yaxşı oyunçusu seçilib. O, bu nominasiyada "Mançester Siti"nin oyunçusu Leroy Saneni, "Barselona"nın hücumçusu Lionel Messini, və "Liverpul"un oyunçusu Sadio Maneni qabaqlayıb.

Həftənin ən yaxşı qolu isə "Liverpul" və "Bavariya" qarşılaşmasında Sadio Manenin 18 metr məsafədən Manuel Noyerin qapısına vurduğu qol olub. Seneqallı futbolçu səsvermə nəticəsində danimarkalı Lasse Şöne (“Ayaks”, Hollandiya), serbiyalı Dusan Tadiç (“Ayaks”, Hollandiya) və argentinalı Lionel Messini (“Barselona”, İspaniya) qabaqlayıb. Həmin oyunda iki qol vuran Sadio Mane komandasını 1\4 finala daşıyıb.

Xatırladaq ki,UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Yuventus  "Ayaks"la, "Liverpul" isə "Porto" ilə qarşılaşacaq. 

UEFA Avropa Liqasında isə həftənin oyunçusu Ukraynada "Dinamo Kiyev"ə qarşı matçda 3 qol vuran Olivye Jiru olub. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...