"Yuventus"un hücumçusu Kriştianu Ronaldo UEFA tərəfindən Çempionlar Liqasının 1\4 final mərhələsində vurduğu qolun sevincinə görə ittiiham olunur.
"Eurasia Diary" xarici KİV-ə istinadən xəbər verir ki,ulduz futbolçu "Atletiko Madrid"in baş məşqçsi Dieqo Simeoneyə cavab olaraq etdiyi hərəkətə görə UEFA tərəfindən cəzalana bilər.
Ronaldo bu hərəkəti öz het-trikini qeyd etmək və dörddəbir final mərhələsinə vəsiqə qazanmağı münasibətilə etdiyini bildirib.
Qeyd edək ki, ilk olaraq Dieqo Simeone buna görə 20,000 avro cərimə olunub.
"Yuventus" UEFA Çempionlar Liqasının növbəti mərhələsində Hollandiya təmsilçisi "Ayaks" ilə qarşılaşacaq.