Almaniya millisinin futbol üzrə yığma komandası bu həftə başlayacaq Avropa çempionatının seçmə mərhələsi ərəfəsində heyətində bəzi dəyişikliklər edib.
Millinin baş məşqçisi Yoaxim Löv Mats Hummels, Jerom Boatenq və Tomas Müllerin milli karyeralarını yekunlaşdırmasının ardından heyətə 3 yeni oyunçu dəvət edib.
Almaniya Bundesliqasında çıxış edən Maksimilian Eggelştayn, Niklas Ştark və Lukas Klastermann milliyə dəvət aldıqdan sonra onların geyinəcəyləri formaların nömrələri bəlli olub. Belə ki, Lukas Klastermann, Tomas Müllerin geyindiyi 13 nömrəli formanı, Niklas Ştark Boatenqin 17 nömrəli formasını, Conatan Tah isə Hummelsin 5 nömrəli formasını geyinəcək.
Milliyə yeni dəvət alan Maksimilian Eggelştayn isə 7 nömrəli forma ilə meydana çıxacaq.
Xatırladaq ki, bu gün Bakı vaxtı ilə saat 23:45-də Almaniya millisi Serbiya ilə yoldaşlıq oyunu keçirəcək.