Bu gecə UEFA Avro-2020 seçmə mərhələsinə start veriləcək.
Ümumilikdə 10 oyunun keçiriləcəyi ilk matç günündə C, E, G və İ qrupunun təmsilçiləri qarşılaşacaqlar.
İlk matç Bakı vaxtı ilə saat 19:00-da Qazaxıstan və Şotlandiya arasında baş tutacaq. Bundan 2 saat sonra isə Kipr və San Marino münasibətlərə aydınlıq gətirəcək.
Millimizin də yer aldığı seçmə mərhələnin E qrupunda bu gecə 2 oyun keçiriləcək. Milli komandamız seçmə mərhələnin ilk oyununda son Dünya Çempionatının ikincisi olan Xorvatiya millisi ilə səfərdə Maksimir stadionunda qarşılaşacaq. Digər matçda isə Slovakiya Macarıstanı qəbul edəcək. Hər iki matç saat 23:45-də başlayacaq.
Eyni vaxtda C, G və İ qrupunda keçiriləcək oyunlar
C qrupu
Şimali İrlandiya-Estoniya
Hollandiya-Belarusiya
G qrupu
Avstriya-Polşa
Şimali Makedoniya-Latviya
İsrail-Sloveniya
İ qrupu
Belçika-Rusiya