Bu gecə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyun gününə start veriləcək.
22 mart tarixində olacaq 7 matçdan 1-I Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qalan oyunların start vaxtı isə 23:45-dir.
İlk oyun “Vasil Levski”stadioununda Bolqarıstan və Monteneqro milliləri arasında baş tutacaq.
Oyunlar A,B,H qruplarını əhatə edir.
Bu gecə həmçinin H qrupunda yer alan Türkiyə millisi də ilk oyununa çıxacaq. İlk matçda onların rəqibi Albaniya olacaq və Albanlar öz meydanında Türkiyəni qəbul edəcək.
A Qrupunda qarşılaşacaq millilər
Bolqarıstan- Monteneqro
İngiltərə - Çexiya
B qrupu
Luksemburq- Litva
Portuqaliya- Ukrayna
H qrupu
Albaniya- Türkiyə
Andorra- İslandiya
Moldova- Fransa