UEFA Avro-2020 seçmə mərhələsinin növbəti matçları keçirilib.
Matçlar A,B, və H qrupları çərçivəsində keçirilib.
Günün ilk oyunu Bolqarıstan və Monteneqro arasında baş tutub və oyun 1-1 hesablı heç-heçə ilə yekunlaşıb.
H qrupunda Türkiyə millisi Şenol Güneşin rəhbərliyi altında ilk oyununu səfərdə Albaniyaya qarşı keçirib. Matçın ilk hissəsi Burak Yılmazın vurduğu yeganə qol ilə başa çatıb. Ikinci hissənin 55-ci dəqiqəsində Hakan Çalhanoğlu baxımlı zərbə ilə Türkiyə millisinin hesabdakı üstünlüyünü artırdı. Beləliklə Türkiyə millisi Avropa çempionatına 0-2 hesablı qələbə ilə başladı.
Günün digər qarşılaşmalarında qeydə alınan nəticələr
A qrupu
İngiltərə 5-0 Çexiya
B qrupu
Lüksemburq 2-1 Litva
Portuqaliya 0-0 Ukrayna
H qrupu
Andorra 0-2 İslandiya
Moldova 1-4 Fransa