Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirəcək. Komandamız “Kuban” stadionunda İrlandiya yığması ilə qarşılaşacaq.
Eurasia Diary AFFA-ya istinadən xəbər verir ki,oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Baş hakim: Adam Farkas (Macarıstan)
Baş hakimin köməkçiləri: Balazs Szert (Macarıstan), Eqor Bolkhovitin (Rusiya)
Dördüncü hakim: Nikolay Voloşin (Rusiya)
Dördüncü hakim: Nikolay Voloşin (Rusiya)
Qeyd edək ki, U-19 ilk oyunda Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qolsuz heç-heçə edib.