Bu gecə Avro-2020 seçmə mərhələsi çərçivəsində A B və H qruplarının oyunları keçiriləcək.
Türkiyə millisi yer aldığı H qrupunda növbəti oyununu Moldova millisinə qarşı keçirəcək. Matç Eskişehir yeni stadionunda baş tutacaq. İlk oyunda Albaniyanı 2 qol ilə məğlub edən milli komanda qrupda 3 xal ilə Fransa və İslandiya ilə eyni pilləni bölüşürlər. Oyunu Ukraynalı Serhiy Boyko idarə edəcək. Matçın start fiti saat 21:00-da səslənəcək.
Komandalar arasında son oyun 2017-ci ilin mart ayında olub. Ümumlikdə bu komandalar arasında olan 9 matçın yeddisində Türkiyə millisi sevinən tərəf olub, 2 matç isə heç-heçə yekunlaşıb.
Xatırladaq ki,Türkiyə millisi növbəti oyununu son Dünya Çempionu Fransa kollektivinə qarşı keçirəcək.
Baş tutacaq bütün oyunlar
A qrupu
Monteneqro - İngiltərə (23:45)
Kosovo - Bolqarıstan (23:45)
B qrupu
Portuqaliya - Serbiya (23:45)
Lüksemburq - Ukrayna (23:45)
H qrupu
Türkiyə - Moldova (21:00)
Fransa - İslandiya (23:45)
Andorra - Albaniya (23:45)