Azərbaycan Aşihara Karate Federasiyasının idmançıları 22 mart tarixindən Türkiyənin Antalya şəhərində keçirilən Avrasiya çempionatında iştirak edib. Çempionata 11 ölkədən 100-dən çox idmançı qatılıb.
Eurasia Diary xəbər verir ki, Azərbaycan Aşihara Karate Federasiyasının idmançıları bu mötəbər turnirdə 6 qızıl, 3 gümüş, 1 bürünc medal qazanmaqla kürsünün ən yüksək pillələrində yer alıb. 2002-ci ildən fəaliyyət göstərən Federasiya bu günə qədər beynəlxalq yarışlara qatılaraq yüksək nailiyyətlər əldə edib.
Qeyd edək ki, əlbəyaxa (ful kontakt) döyüş növü olan bu karate növünün inkişafı gənclərimizin sağlam, döyüşkən, mübariz ruhda formalaşması üçün geniş imkanlar açır.