Azərbaycan idmançıları Aşihara karate növü üzrə Türkiyənin Antalya şəhərində baş tutan yeniyətmələr, gənclər və böyüklər arası Avrasiya çempionatında iştirak ediblər.
Turnir mart ayının 20-dən 24-nə qədər davam edib. Ümumilikdə 20 ölkədən 220 idmançının iştirak etdiyi turnirdə azərbaycanlı idmançılar uğurlu nəticə göstərməyi bacarıblar.
11 idmançı ilə çempionatda təmsil olunan Azərbaycan 6 qızıl, 4 gümüş və 1 bürünc olmaqla 11 medal qazanıb. Beləliklə, turnirdə iştirak edən bütün idmançılar evə medalla qayıdıblar.
Bundan əlavə, Aşihara Karate Federasiyasının prezidenti və baş məşqçi Maarif Bağırov Eurasia Diary-ə müsahibəsində bildirib ki, döyüşçülər arasında 60 kq çəkidə mübarizə aparan Musa Musazadə yarışın ən gözəl usta döyüşçüsü kubokuna layiq görülüb.
Çempionatda qələbə qazanan idmançıların adı və çəki dərəcələri
1-ci yerlər
Əsgərov Məhəmməd - 11 yaş, 30kq
Hüseynov Rauf - 15 yaş, 70kq
Vəliyev Ülfət - 15 yaş, 60 kq
Böyüklər arasında
Musazadə Musa - 60kq
Məmmədzadə Namiq -70 kq
Rəhimov Fərman - 90 kq
Qafarov Natiq - 90kq
2-ci yerlər
Qasımov Rəhman - 15 yaş, 45 kq
Babayev Azim - 14 yaş, 50 kq
Həsənov İlkin - 14 yaş, 50 kq
Həsənov İlkin - 16 yaş, 65kq
3-cü yer
Quliyev Rauf - 15 yaş, 60 kq